Qazaxıstan prezidenti Nursultan Nazarbayevin insan oğurluğunda ittiham olunan keçmiş kürəkəni Rahat Əliyev Vyanada həbs olunub.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onun həbsi üçün order hələ mayın 19-da verilmişdi. Rahat Əliyevin nümayəndəsi Manfred Aynedter Avstriya mətbuatına bildirib ki, keçmiş diplomat hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə qərar verərək özü, könüllü olaraq, polisə təslim olub. Qeyd edək ki, Rahat Əliyev 2008-ci ildə vətənində hakimiyyəti ələ keçirməkdə və insan oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar qrupu yaratmaqda ittiham olunaraq 40 il qiyabi həbs cəzasına məhkum edilib. 2011-ci ilin iyununda Vyana məhkəməsi R.Əliyevi ekstradisiya etməkdən imtina edib. Qazaxıstan Prokurorluğu həmçinin Rahat Əliyevin 2006-cı ildə müxalifətçi Altınbek Sarsenbaevin qətli ilə əlaqəli olduğunu güman edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !