İsrailin daxili işlər naziri Silvan Şalomun həyat yoldaşı Cyudi Şalom şəxsi "Twitter" hesabından ABŞ prezidenti Barak Obama haqqında təhqiramiz ifadə işlətdiyi üçün iki ölkə arasında siyasi qalmaqal baş verib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, nazir arvadı C.Şalom özünün sosial şəbəkə hesabından belə bir status paylaşıb: "Obama qəhvəsini bilirsinizmi? Qara və zəif olur". Bu irqçi paylaşmadan sonra xanım Şalom istifadəçilərin etirazına səbəb olub, kifayət qədər təpki alan nazir arvadı sonunda statusu silməyə və üzr istəyəməyə məcbur olub.
O, "bir dostumun mənə anlatdığı axmaq bir zarafat idi, üzr istəyirəm" yazmaqla səhvini etiraf edib. Dah sonra prezident Obamaya üz tutaraq "Twitter" hesabından deyib: "Prezident Obama, bu uyğunsuz zarafatı yazmamalı idi. Mən irq və din ayrı-seçkiliyinə qarşı çıxanlardan biriyəm. Ümid edirəm ki, həyat yoldaşım bu hərəkətimdən sonra məni boşamaz".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !