BMT-nin baş katibi Pan Gi Mun Azərbaycana səfər edəcək.
APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Sivilizasiyalar Alyansının bu il aprelin 25-27-də Bakıda təşkil olunacaq 7-ci Qlobal Forumunun könüllüləri ilə görüşü zamanı deyib.
Nazirin sözlərinə görə, tədbirə 120 ölkədən 2500 qonağın gələcəyi gözlənilir. Bir sıra ölkələr prezidentlər və nazirlər səviyyəsində təmsil olunacaq.
Ə. Qarayev forumla bağlı müxtəlif universitetlərin tələbələrindən ibarət 423 nəfər könüllünün seçildiyini deyib.
Tədbirin dünya üçün önəminə diqqət çəkən nazir bildirib ki, Qlobal Forumun toplantıları beynəlxalq televiziyalar və internet vasitəsilə 6 dildə canlı yayımlanacaq.
Eyni vaxtda müxtəlif salonlarda 8 tədbir keçiriləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !