"Bu ilin sonunadək əlilliyi olan 400 şəxsə avtomobil veriləcək".
"APA-Economics"in xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında deyib.
S. Müslümov sözlərinə görə, bu həftənin sonu əlilliyi olan 100 şəxsə avtomobil təqdim olunacaq: "Qalan avtomobillər də hissə-hissə paylanacaq".
Nazir əlavə edib ki, 2016-cı ildə əlilliyi olan şəxslərə 270-280 avtomobilin verilməsi nəzərdə tutulub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !