Nazir əmr verdi – Polislər səfərbər oldu - VİDEO

10:23 | 15.03.2018
Nazir əmr verdi – Polislər səfərbər oldu - VİDEO

Nazir əmr verdi – Polislər səfərbər oldu - VİDEO

Ölkə üzrə küçə və yollarda piyadaların hərəkətini tənzimləmək məqsədilə xidmət aparan polis əməkdaşlarının sayı artırılıb. Məqsəd piyada vurulması hallarının qarşısını almaqdır. Daxili işlər nazirinin əmri ilə post-patrul xidmətinin 200-dən çox əməkdaşı yol polisinə ezam olunub.

İlin əvvəlindən bu günə qədər piyadaların vurulması ilə baş verən qəzaların sayı, ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxalıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, ötən ilin yanvar və fevral aylarında respublika üzrə qəzalarda 40 piyada ölübsə, cari ilin müvafiq dövründə bu rəqəm 63 nəfərə çatıb. Narahatlığa səbəb olan bu cür xoşagəlməz faktların qarşısını almaq məqsədi ilə daxili işlər orqanlarının digər bölmələrindən əlavə 200-dən çox polis yol polisinə ezam olunub. Qeyd edək ki, Post-Patrul Xidmətindən yol polisinə ezam olan həmin şəxslər şəhərin sıx olan ərazilərində xidmət aparırlar.

Kamran Əliyev onu da bildirdi ki, həmin Post-Patrul Xidmətinin əməkdaşlarına müvafiq qaydada kurslar keçilib, vətəndaşlarla ünsiyyət, yol hərəkəti qaydaları və "Yol hərəkəti haqqında" qanunun tələbləri izah olunub. Onlar biliklərə tam yiyələndikdən sonra xidmətə başlayıblar. Yəni həmin polislər də qanusuz yerdən keçən piyadaya protokol tərtib edə biləcək.

Onu da qeyd edək ki, yol polisinə ezam olunmuş həmin polislər piyadalarla yanaşı, nəqliyyat vasitələrinin də hərəkətini tənzimləyərək həm təhlüləsizliyi təmin edirlər, həm də sıxlıq yaranmasının qarşısını alırlar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM