• $
  • €
  • ₽
  • ₺
  • £

“Vətəndaş A” serialına görə İTV-yə xəbərdarlıq edilib

“Vətəndaş A” serialına görə İTV-yə xəbərdarlıq edilib
20.11.2024 19:08
20 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbədənkənar onlayn iclası keçirilib.Bu barədə Audiovizual Şuradan məlumat verilib.

İclas "İTV" kanalında yayımlanan "Vətəndaş A" serialında personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsi ilə bağlı məsələyə həsr olunub.

Müzakirə zamanı qeyd olunub ki, serialın yayımı zamanı personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmamış və bununla da, "Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulub.

Müzakirələrin nəticəsi olaraq Audiovizual Şura bir daha bu cür halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinə xəbərdarlıq edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Cəmiyyət 14:26
Bakı qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

Hörmüz boğazında iki tanker minaya düşərək yanıb
Cəmiyyət 14:19
Hörmüz boğazında iki tanker minaya düşərək yanıb

Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü olub
Cəmiyyət 13:31
Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü olub

Sabah yağış yağacaq
Cəmiyyət 13:02
Sabah yağış yağacaq
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər

Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama- Nöqsanlar üzə çıxıb
Cəmiyyət 12:29
Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama- Nöqsanlar üzə çıxıb
Hafiz Səfixanov: Azərbaycanda mina qurbanlarının sayı artır
Cəmiyyət 12:22
Hafiz Səfixanov: Azərbaycanda mina qurbanlarının sayı artır
Hafiz Səfixanov: İkinci Qarabağ müharibəsindən sonra 400-dən çox şəxs mina qurbanı olub
Cəmiyyət 12:18
Hafiz Səfixanov: İkinci Qarabağ müharibəsindən sonra 400-dən çox şəxs mina qurbanı olub

Bu yolda sürət həddi 40-a endirilib
Cəmiyyət 12:10
Bu yolda sürət həddi 40-a endirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol