• $
  • €
  • ₽
  • ₺
  • £

Hafiz Səfixanov: Azərbaycanda mina qurbanlarının sayı artır

Hafiz Səfixanov: Azərbaycanda mina qurbanlarının sayı artır
20.10.2026 12:22

Azərbaycanda mina qurbanlarının sayı Cənubi Qafqaz üzrə qeydə alınan bütün mina qurbanlarının sayından çoxdur və bu göstərici artmaqda davam edir. Bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.

Onun sözlərinə görə, mina hadisələrinin sayını minimuma endirmək üçün maarifləndirmə tədbirləri mina təmizləmə əməliyyatları ilə paralel və mütəmadi şəkildə aparılmalıdır.

Səfixanov qeyd edib ki, mina təmizləmə prosesi uzun vaxt və maliyyə vəsaiti tələb etdiyindən ləngiyə bilər, lakin əhalinin maarifləndirilməsi işində fasilələrə yol verilməməlidir.

O bildirib ki, Azərbaycanın mina problemi ilə bağlı xüsusiyyətlərindən biri də işğaldan azad edilmiş ərazilərə hər həftə yeni insanların daxil olmasıdır. Bu səbəbdən həmin ərazilərə gedən şəxslərin mina təhlükəsi barədə məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır.

“Biz maksimalist deyilik. Başa düşürük ki, bu hadisələr zaman-zaman baş verəcək. Qarşımızda duran əsas məqsəd onları minimuma endirməkdir”, – o vurğulayıb.

Səfixanovun sözlərinə görə, təkcə avqustda bir neçə mina hadisəsi baş verib. O, kənd təsərrüfatı və digər iqtisadi fəaliyyətlərlə məşğul olan insanların təhlükəsiz əraziləri və girişinə icazə verilməyən sahələri dəqiq bilməli olduqlarını qeyd edib.

“İnsanlar bilməlidirlər ki, hansı ərazilərə daxil olmaq və harada iqtisadi fəaliyyət göstərmək olar. Girişinə icazə verilməyən ərazilərə isə qətiyyən daxil olmaq olmaz”, – o bildirib.

İctimai birliyin sədri əlavə edib ki, hazırladıqları layihə çərçivəsində ilkin olaraq təxminən 500 nəfərin altı rayonda maarifləndirilməsi nəzərdə tutulub.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabah yağış yağacaq
Cəmiyyət 13:02
Sabah yağış yağacaq
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər

Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama- Nöqsanlar üzə çıxıb
Cəmiyyət 12:29
Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama- Nöqsanlar üzə çıxıb
Hafiz Səfixanov: Azərbaycanda mina qurbanlarının sayı artır
Cəmiyyət 12:22
Hafiz Səfixanov: Azərbaycanda mina qurbanlarının sayı artır
Hafiz Səfixanov: İkinci Qarabağ müharibəsindən sonra 400-dən çox şəxs mina qurbanı olub
Cəmiyyət 12:18
Hafiz Səfixanov: İkinci Qarabağ müharibəsindən sonra 400-dən çox şəxs mina qurbanı olub

Bu yolda sürət həddi 40-a endirilib
Cəmiyyət 12:10
Bu yolda sürət həddi 40-a endirilib
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 11:28
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Bakı metrosu xüsusi rejimdə işləyəcək
Cəmiyyət 10:52
Bakı metrosu xüsusi rejimdə işləyəcək
Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Cəmiyyət 10:02
Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol