• $
  • €
  • ₽
  • ₺
  • £

Hafiz Səfixanov: İkinci Qarabağ müharibəsindən sonra 400-dən çox şəxs mina qurbanı olub

Hafiz Səfixanov: İkinci Qarabağ müharibəsindən sonra 400-dən çox şəxs mina qurbanı olub
20.10.2026 12:18

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda 400-dən çox şəxs mina qurbanı olub, onlardan 73-ü həlak olub. Bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.

Onun sözlərinə görə, həlak olanların 58-i mülki şəxslərdir. Onların arasında qadınlar və uşaqlar da var.

Səfixanov qeyd edib ki, son hadisələrin təhlili insanların hələ də icazə verilməyən ərazilərə daxil olduğunu və mina təhlükəsizliyi ilə bağlı tövsiyələrə əməl etmədiyini göstərir.

“İnsanlarımız maariflənməli və maarifləndirmə tədbirlərində aldıqları məlumatlara, tövsiyələrə ciddi əməl etməlidirlər, özfəaliyyətlə məşğul olmamalıdırlar”, – o vurğulayıb.

O, minaları dünyanın ən qeyri-humanist silahlarından biri adlandırıb və onların uzun illər torpağın altında qalaraq mülki şəxslər üçün təhlükə yaratdığını bildirib.

Səfixanov qeyd edib ki, minalar digər silahlardan fərqli olaraq, qurbanları arasında fərq qoymur və təhlükə uzun müddət davam edir.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabah yağış yağacaq
Cəmiyyət 13:02
Sabah yağış yağacaq
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər
Siyasət 12:32
Hərbi hissəni özbaşına tərk edən hərbçilər 200-300 manat cərimələnə bilər

Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama- Nöqsanlar üzə çıxıb
Cəmiyyət 12:29
Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama- Nöqsanlar üzə çıxıb
Hafiz Səfixanov: Azərbaycanda mina qurbanlarının sayı artır
Cəmiyyət 12:22
Hafiz Səfixanov: Azərbaycanda mina qurbanlarının sayı artır
Hafiz Səfixanov: İkinci Qarabağ müharibəsindən sonra 400-dən çox şəxs mina qurbanı olub
Cəmiyyət 12:18
Hafiz Səfixanov: İkinci Qarabağ müharibəsindən sonra 400-dən çox şəxs mina qurbanı olub

Bu yolda sürət həddi 40-a endirilib
Cəmiyyət 12:10
Bu yolda sürət həddi 40-a endirilib
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 11:28
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Bakı metrosu xüsusi rejimdə işləyəcək
Cəmiyyət 10:52
Bakı metrosu xüsusi rejimdə işləyəcək
Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Cəmiyyət 10:02
Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol