Bakı qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın kommunal xidmət sahələrinin qış mövsümünə hazırlığı müzakirə olunub və işlərin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə kommunal xidmətlərin fəaliyyəti, sanitar-təmizlik vəziyyəti, yaşıllaşdırma və abadlıq-quruculuq işləri də müzakirə olunub.
Müşavirədə kommunal xidmət sahələrinin rəhbərlərinin qış mövsümünə hazırlıq işlərinin gedişi barədə hesabatları dinlənilib.
İclasın yekununda qarşıya qoyulan vəzifələrin vaxtında yerinə yetirilməsi ilə bağlı tapşırıqlar verilib.