Ermənilərin Şuşa Muzeyindən oğurladığı eksponatların və xalçaların geri qaytarılması üçün müxtəlif beynəlxalq instansiyalar və konvensiyalar var. Ancaq təəssüflər olsun ki, orada məcburedici müddəalar yoxdur.
Bu barədə Mədəniyyət naziri Anar Kərimov bildirib.
O deyib ki, beynəlxalq konvensiyalarda məsələ ilə bağlı boşluq var: "Həmin sənədlərdə beynəlxalq təşkilatların hansısa ölkədən oğurlanan eksponatları geri alması mexanizmi yoxdur. Hər bir halda bu məsələnin beynəlxalq səviyyədə qaldırılması və təbliğ olunması çox önəmlidir. Biz də bunu edirik.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !