Nazir İmişlidəki qəzada zərərçəkənlərlə görüşüb

09:31 | 22.01.2025
Nazir İmişlidəki qəzada zərərçəkənlərlə görüşüb

Nazir İmişlidəki qəzada zərərçəkənlərlə görüşüb

İmişlidə iki məktəblinin ölümü ilə  nəticələnən yol-nəqliyyat hadisəsində  zərərçəkənlər Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi tərəfindən qəbul edilib. Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbulda ailə üzvlərinə hadisənin təfərrüatları, maddi sübutlar – görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib.

Vurğulanıb ki, DİN tərəfindən hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılır. Görüşdə zərərçəkənləri maraqlandıran suallar cavablandırılıb.
 
Baş verən qəzadan sonra 17 yaşlı Bəylər Bayramlı həbs edilib. O Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur. 
 
Baş verən hadisədə 4 məktəbli qəza qurbanı olub. Onların ikisi hadisə yerində ölüb. Digər iki nəfərin müalicəsi Bakıda davam etdirilir. Şagirdlərdən birinin vəziyyəti kritik ağır qiymətləndirilir. Hazırda o süni nəfər aparatına qoşulub. 
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM