APA-nın məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
O qeyd edib ki, istintaqın gedişatı haqqında Azərbaycan da məlumatlandırılacaq.
"İki xanım idmançı yüngül xəsarətlər alıb. Onların vəziyyəti normaldır. Üçüncü idmançı isə Vyanada xəstəxanaya yerləşdirilib. Artıq əməliyyat başlayıb. Xoş olan odur ki, o xanım artıq ayaqlarını tərpədə bilir. Fikrimcə, hər şey yaxşı olacaq”, - deyə nazir bildirib.
Rəhimov həmçinin deyib ki, Azərbaycan tərəfi avstriyalı idmançının müalicəsinin xərcini üzərinə götürəcək.
"Azərbaycanın Avstriyadakı səfirliyi lazimi yardımı göstərir. Biz Avstriya tərəfinə istənilən kömək göstərməyə hazırıq”, - deyə o vurğulayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !