Nazir kadr dəyişikliyi edib

11:44 | 22.11.2014
Nazir kadr dəyişikliyi edib

Nazir kadr dəyişikliyi edib

Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Gəncə rayon Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev vəzifəsindən azad edilib.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, həmin vəzifəyə artıq yeni təyinat aparılıb. M.Rzayev isə başqa vəzifəyə keçirilib. Bu məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli təsdiqləyib.

Qeyd edək ki, Gəncə rayon Səhiyyə İdarəsi Səhiyyə Nazirliyinin strukturuna tabe olan qurumdur. Onun rəhbəri yerli icra hakimiyyəti orqani ilə razılaşdırılmaqla nazirin əmri ilə vəzifəsindən azad edilir və ya təyin edilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür