Nazir müavini: 5-6 rayonun qaytarılmasından söhbət gedə bilməz

12:47 | 09.07.2014
Nazir müavini: 5-6 rayonun qaytarılmasından söhbət gedə bilməz

Nazir müavini: 5-6 rayonun qaytarılmasından söhbət gedə bilməz

“Dövlət başçımız nitqində bunu bir daha təsdiq edib”.

Cənab Prezident həmişə bəyan edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə qərarlıdır, cəmi 5-7 rayonun qaytarılmasından söhbət gedə bilməz.

Bunu xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılmasına dair səslənən fikirləri şərh edərkən deyib.

A.Əzimovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxışı zamanı bildirib ki, 7 rayondan başqa Dağlıq Qarabağ ərazisi də işğal altındadır.

Nazir müavini bildirib ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, işğal altında olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon boşaldılmalıdır:

“Azərbaycan tərəfi həmişə bu məsələni belə qoyub. Bizim dövlət başçımız həmin nitqində bunu bir daha təsdiq edib” (Trend).

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti