Avropada müsəlmanları hiddətləndirən yeni bir insidentin əsası qoyulur. İstiPress-in məlumatına görə, buna səbəb Danimarkanın miqrasiya nazirinin addımıdır. Belə ki, İnqer Stoyber adlı xanım nazir öz "iPad"nın "sreen shot" edərək ekran görüntünü sosial şəbəkəyə yerləşdirib. "iPad"ın ekran şəkli isə Məhəmməd Peyğəmbər (s.ə.s) karikaturası olub. Məhz bu karikatura təqribən 10 il öncə müsəlmanların böyük hiddətinə səbəb olmuş, qarşıdurmaların meydana gəlməsi ilə nəticələnmişdi.
Bu yolla nazir Danimarka muzeyinin reformasiya (XVI əsrdə Qərbi Avropada: katolik kilsəsinə və papa hakimiyyətinə qarşı dini mübarizə şəklində cərəyan edən feodalizmə qarşı ictimai-siyasi hərəkat) dövrünə aid kafirlik mövzusundakı sərgidə bu karikaturanı sərgiləmək istəməməsinə etiraz edib. "Bu muzeyin öz qərarıdır. Onların buna tam haqqı da var. Ancaq mən düşünürəm ki, bu biabırçılıqdır".
Onun sözlərinə görə, Danimarkada azad cəmiyyət var, bu ölkədə düşündüyün hər şey haqqında danışa bilər, hər şeyi tənqid edə bilərsən. Nazir düşünür ki, Kurt Vesterqonun çəkdiyi və Məhəmməd peyğəmbərin (s.ə.s) bomba formasındakı əmmamədə təsvir edildiyi karikatura buna yaxşı sübutdur.
Xatırladaq ki, adıçəkilən karikatura 2005-ci ildə "Jyllands-Posten" qəzetində yayaımlanıb. Qəzetin bu addımı müsəlman dünyasında hiddətlə qarşılanıb və sərt reaksiyalara səbəb olub. Yaranmış qarşıdurmalarda 150-yə yaxın insan həyatını itirib. Rəssamın başına isə 150 milyon dollar mükafat qoyulub. 2007-ci ildən Vesterqor və ailəsi xüsusi mühafizə altında yaşayır. Danimarka polisi ona sui-qəsd hazırlayan bir neçə terrorçunu da həbs edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !