• $ 1.7
  • € 1.9841
  • ₽ 0.020928
  • ₺ 0.0405
  • £ 2.2837

Nazir ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib

Nazir ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
23.11.2024 15:02
Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən xidməti müşavirə zamanı bəzi tapşırıqlar verib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, qış mövsümü tədbirlərinin gücləndirilməsinin, xüsusilə dağlıq ərazilərdə, sərt iqlim şəraitində yerləşən bölmələrdə ərzaq, əşya, yanacaq, odun ehtiyatının normalara uyğun saxlanmasının, şəxsi heyətin sağlamlığına diqqət yetirilməsinin, mövsümi xəstəliklərdən qorunma və isti geyimlə təmin edilməsinin zəruriliyi bildirilib.

General-polkovnik Z.Həsənov qoşun xidmətinin təşkilinə, şəxsi heyətin döyüş hazırlığı və fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi ilə bağlı aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Müdafiə naziri Z.Həsənov döyüş növbətçiliyinin aparılması, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin hər zaman yüksək səviyyədə saxlanılması barədə müvafiq göstərişlər verib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Qazaxıstana səfəri ilə bağlı paylaşım edib - Video
Siyasət 21:19
Prezident Qazaxıstana səfəri ilə bağlı paylaşım edib - Video
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb
Siyasət 20:00
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda görüşəcək
Siyasət 19:13
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda görüşəcək
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 16:18
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Prezident: Zəngəzur dəhlizinin Azərbaycandakı hissəsi 2026-cı ilə qədər tamamlanacaq
Siyasət 13:56
Prezident: Zəngəzur dəhlizinin Azərbaycandakı hissəsi 2026-cı ilə qədər tamamlanacaq
"Space TV"də qohum evliliyi ilə bağlı görüntülərə görə xəbərdarlıq edilib
Siyasət 13:29
"Space TV"də qohum evliliyi ilə bağlı görüntülərə görə xəbərdarlıq edilib
Azərbaycan Ermənistana yük tranziti məhdudiyyətlərini aradan qaldırıb – Əliyev
Siyasət 13:12
Azərbaycan Ermənistana yük tranziti məhdudiyyətlərini aradan qaldırıb – Əliyev
Cenevrədə Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş keçirilib
Siyasət 12:08
Cenevrədə Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş keçirilib
Zakir Həsənov Özbəkistana səfər edib
Siyasət 19:00
Zakir Həsənov Özbəkistana səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol