Türkiyə Ermənistanın sülhə bağlı mesbət mesajlarını yüksək qiymətləndirir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Regionumuzda davamlı sülh, sabitlik və rifah üçün tarixi fürsət pəncərəsi açılıb. İnanıram ki, Ermənistan da uzunmüddətli strateji anlaşma ilə hərəkət edəcək. Baş nazir Paşinyanın bu istiqamətdə verdiyi müsbət mesajları mühüm hesab edirik. O, sülhün lehinə mövqe bildirir, bu prosesdə müsbət irəliləyişlərə təkan verir. Biz tərəflər arasında vasitəçilərsiz ikitərəfli danışıqları dəstəkləməyə davam edirik. Sülhün bərqərar olması özü ilə regionumuzun inkişafında görünməmiş yeni imkanlar gətirəcək”, - Fidan bildirib.
Bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan sülhün imzalanması istiqamətində öz təkliflərini dərc edib.
Azərbaycan xarici işlər nazirinin sözçüsü Ayxan Hacızadə də buna cavab olaraq öz "X" hesabında yazıb ki, "Ermənistan, həqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, nə üçün Konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş "Qərbi Ermənistan" və "Qarabağ Respublikası" adlandırdığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vəchlə imtina edir".
Hazırda sülh müqaviləsi istiqamətində danışıqlar davam edir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !