Nazir Qarabağda sülhməramlıların niyə hələ də qalmasına aydınlıq gətirib

17:29 | 28.12.2023
Nazir Qarabağda sülhməramlıların niyə hələ də qalmasına aydınlıq gətirib

Nazir Qarabağda sülhməramlıların niyə hələ də qalmasına aydınlıq gətirib

Qarabağda müvəqqəti yerləşəsən Rusiya sülhməramlıları 2025-ci ilin noyabrına kimi fəaliyyətini davam etdirəcək. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. 
 
"Bununla bağlı 2020-ci il imzalanan üçtərəfli bəyanat var. Həmin bəyanatada qeyd olunub ki, sülhməramlıların fəaliyyəti 2025-ci ilin noyabrına kimi davam edəcək", - nazir dekabrın 28-də jurnalistlər üçün keçirilən ilin yekunlarına dair mətbuat konfrasında bildirib. 
 
 
Bundan əvvəl Rusiya preizdenti mətbuat konfrasında jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya sülhməramlıları rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdırlar, bu məsələ danışıqlar zamanı həll olunacaq.
 
Rusiya sülhməramlıları Qarabağa 2022-ci ilin noyabrında Azərbaycan,Ermənistan və Rusiya arasında olan üçtərəfli bəyanatdan sonra yerləşdirilib. 2 min heyətlə missiyasını yerinə yetirən sülhməramlıların faəliyyəti bəyanata görə 2025-ci ildə bitir. Sülhməramlıların yerləşdirdiyi Qarabağ ərazisində dəfələrdə Ermənistanla Azərbaycan arasında gərgin vəziyyət yaranıb. Sərhəd bölgəsində atəşkəs rejimi mütəmadi olaraq pozulub. 
 
Rusiya Müdafiə Nazirliyi bir neçə dəfə Qarabağda sülhməramlıların postlarının bağlanması ilə bağlı məlumatlar dərc edib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti