Nazir - Regionalara qoyulan kapitalın həcmi artıb

11:48 | 15.09.2023
Nazir - Regionalara qoyulan kapitalın həcmi artıb

Nazir - Regionalara qoyulan kapitalın həcmi artıb

2023-cü ilin altı ayında regionalarda əsas kapitala 3,1 milyard manat qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% çoxdur. Bu barədə iqtisadiyyat naziri öz "X" hesabında yazıb.  
 
Dövlət Statistika Komitəsinin səkkiz ayında  ölkə üzrə yatırılan investisiyaların həcminin 15,4% artdığını açıqlayıb. 
 
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 46,1 %, büdcə vəsaitləri 39,3 %, əhalinin şəxsi vəsaitləri 6,5 %, bank kreditləri 2,8 %, sair vəsaitlər isə 5,3 % təşkil edib.
 
2023-cü ilin altı ayında Qarabağ və Şərqi Zəngəzura 1 milyard 788 milyon 932,9 min manat investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66,2% çoxdur.
 
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
 
 
Gülnar 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb