Nazir son 13 ilin uğurlarından danışıb

11:36 | 02.07.2016
Nazir son 13 ilin uğurlarından danışıb

Nazir son 13 ilin uğurlarından danışıb

"Azərbaycanda sabitlik və ictimai təhlükəsizlik yüksək səviyyədə qorunur. Azərbaycan Avropada sabitlik və təhlükəsizliyin qorunması sahəsində fərqlənir”.
  
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü ilə bağlı keçirilən tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.
 
R. Usubov deyib ki, bu illər ərzində cinayətlərin açılması orta hesabla 88 faiz olub: "Ağır və xüsusi ilə ağır cinayətlər törətmiş 3 mindən çox cinayətkar qrup zərərsizləşdirilib,  15 mindən çox odlu silah yığılaraq təhvil verilib. Qeydə alınan cinayətlərin 88 faizi böyük ictimai təhlükə törətməyib, yalnız 12 faizi ağır və xüsusi ilə ağır cinayətlər olub”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM