May ayının 25-də Moskvadan İrəvana uçan təyyarə məcburən Şeremetyevoda enib. Səbəb isə yük yerinin tüstülənməsi olub.Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibinin bildirdiyinə görə, Şeremetyevoda məcburi enən təyyarədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan olub.“Bizdə olan məlumata görə, ciddi heç nə baş verməyib. Təyyarə təxminən bir saat sonra İrəvanda enib”.Qeyd edək ki, Seyran Ohanyan Moskvada Beynəlxalq Təhlükəsizlik üzrə III Moskva konfransında iştirak edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !