• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Nazir uçqun təhlükəsi olan əraziyə gedib

Nazir uçqun təhlükəsi olan əraziyə gedib
29.10.2024 11:26
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdarda uçqun təhlükəsi olan qaya parçalarının ərazidən götürülməsi işləri ilə tanış olub. Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, ötən gün Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi yaranıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub, ərazi nəzarətə götürülərək aidiyyəti qurumlarla birlikdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

Oktyabrın 29-da səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerinə gəlib. Uçqun təhlükəsi olan qaya parçalarının ərazidən götürülməsi ilə əlaqədar görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Hazırda Fövqəladə Hallar Nazirliyi aidiyyəti qurumlarla koordinasiyalı şəkildə uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi istiqamətində zəruri tədbirlər görür

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda görmə əngəlli qadını öldürən şəxs saxlanılıb
Cəmiyyət 23:42
Xaçmazda görmə əngəlli qadını öldürən şəxs saxlanılıb
Şəmkirdə minik avtomobili dərəyə aşıb, xəsarət alanlar var
Cəmiyyət 23:00
Şəmkirdə minik avtomobili dərəyə aşıb, xəsarət alanlar var
Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub
Cəmiyyət 22:36
Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub
Kəlbəcərdə traktor minaya düşüb - Yenilənib
Cəmiyyət 21:07
Kəlbəcərdə traktor minaya düşüb - Yenilənib
Qəbul imtahanına düşən bir sualda texniki səhvə yol verilib - DİM-dən AÇIQLAMA
Cəmiyyət 20:51
Qəbul imtahanına düşən bir sualda texniki səhvə yol verilib - DİM-dən AÇIQLAMA
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 19:02
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Hava ilə baglı XƏBƏRDARLIQ
Cəmiyyət 18:53
Hava ilə baglı XƏBƏRDARLIQ
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Cəmiyyət 17:24
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol