Nazir ünvanlı sosial yardımların verilməsindən danışıb

17:10 | 27.11.2023
Nazir ünvanlı sosial yardımların verilməsindən danışıb

Nazir ünvanlı sosial yardımların verilməsindən danışıb

Ünvanlı sosial yardımların verilməsi insanları işləməməyə stimullaşdırmaqdır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. 

O bildirib ki, məqsəd bundan ibarətdir ki, gəlirləri az olan ailələrə soial dəstək göstərilsin.

"Bu layihə 2006-ci ildən fəaliyyət göstərir. Məqsədimiz işləməyən insanlara dəstək olmaqla bağlı deyil, əksinə gəlirləri az olan ailələrə qazancı kifayət etməyəndə arada qalan fərqi dövlət tərəfindən ödənilməsidir”, - nazir noyabrın 27-də Milli Məclisin iclasında bildirib. 

Bundan əvvəl deputat Sevinc Hüsenova vurğulayıb ki, dağlıq bölgələrdə iş yerlərinin az olmasını nəzərə alıb onlar üçün sosial ünvanlı yardım xidmətlərini əlçatan etmək lazımdır. Millət vəkili Siyavuş Novruzov Parlament çıxışlarının birində söyləyib ki, zamanla ünvanlı sosial yardım paketini ləğv etmək lazımdır. O bunu vətəndaşlarda ələbaxımlılıq vərdişi ilə əlaqələndirib. 

Hazırda 65 min ailə ünvanlı sosial yardım alır. 
 
Gülnar Nazimqızı 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM