“Nazir özü gəlmişdi yanıma” - VİDEO

12:02 | 26.12.2018
“Nazir özü gəlmişdi yanıma” -  VİDEO

“Nazir özü gəlmişdi yanıma” - VİDEO

Xalq artisti Ramiz Əzizbəyli bir neçə gündür ki, xəstəxanaya yerləşdirilib. 

Anews.az xəbər verir ki, qafqazinfo-nun  əməkdaşları ötən gün özəl klinikalardan birində müalicə olunan sənətkara baş çəkiblər. 

Ramiz Əzizbəyli bildirib ki, vəziyyəti ağırlaşandan sonra onu xəstəxanaya yerləşdiriblər. Üç dəfə insult keçirən xalq artisti ağır şəkər xəstəliyindən də əziyyət çəkir. O bildirib ki, orqanizmində 40-a yaxın xəstəlik aşkar edilib. 

"Rəsmi qurumlar tərəfindən qayğı hiss edirsizmi?" sualına Ramiz Əzizbəyli belə cavab verib:

"Bir az bundan əvvəl Əbülfəz (red: Mədəniyyət naziri Əbülfəz Qarayev) özü gəlmişdi, şəxsən zəng etmişdi. Minnətdarlığımı bildirirəm".

Xəstəxanada Ramiz Əzizbəylidən aldığımız qısa videomüsahibəni təqdim edirik:

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM