ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov YAP-ın saytına müsahibəsində deyib. Nazir bildirib ki, sərəncamla 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi də 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək:
"Hazırda bu təbəqələrdən olanlar üçün Tərtər, İmişli, Beyləqan rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda 4 mərtəbəli 36 mənzilli, Bakı şəhərinin Nizami rayonunda 12 mərtəbəli 96 mənzilli yaşayış binaları inşa olunur. Eyni zamanda, əlil və şəhid ailələri üçün artıq bölgələrdə fərdi evlər tikilir, ilkin mərhələdə ümumilikdə 52 rayonda 353 ədəd fərdi ev inşa edilərək əlil və şəhid ailələrinə təqdim olunacaq. Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində isə hazır mənzillərin bu kateqoriyadan olan şəxslərə alınıb verilməsi nəzərdə tutulur", - deyə nazir qeyd edib.
Səlim Müslümov hər bir Azərbaycan ailəsində orta hesabla 5 nəfər ailə üzvünün olduğunu xatırladıb və bildirib ki, prezidentin qeyd olunan sərəncamı 5731 nəfər əlil və şəhid ailəsi üzrə 30 min nəfərə qədər insanın həyatına rahatlıq gətirəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !