• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Nazirdən QƏRAR – Artıq lisenziya tələb olunacaq

Nazirdən QƏRAR – Artıq lisenziya tələb olunacaq
10.12.2019 14:27
"Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda dəyişiklik edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qərar imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası (sədri Sahil Babayevdir) qərara alıb ki,  "Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əlavə edilsin.

Qərarla "Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın "Giriş” hissəsinin beşinci abzasında "xüsusi razılıq” sözləri "lisenziya” sözü ilə əvəz olunub.

Sənəddə təhsilə qoyulan tələblərdə "tamamlanmış təhsil” dedikdə magistratura, doktorantura, adyunktura və dissertanturada xüsusi elmi hazırlıq anlaşılır.
"Əlavə təhsil” dedikdə isə əlavə təhsil proqramları əsasında əlavə təhsil müəssisələrində (universitetlər, institutlar, mərkəzlər və s.), iхtisasartırma və yenidənhazırlanma qurumlarında, peşə-iхtisas təhsili müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə, peşə hazırlığı kurslarında, bu sahə üzrə fəaliyyətinə lisenziya verilmiş digər müəssisələrdə kadrların intellektual, peşə və ixtisas hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi başa düşülür.
Nazirliyin Kollegiyasının 2017-ci il 30 avqust tarixli 12 nömrəli qərarında isə lisenziya sözü yox idi.  

Qərar dekabrın 6-dan qüvvəyə minib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ksenia Sobçak Səfərov qardaşlarının ölümünə etiraz edib
Siyasət 05:30
Ksenia Sobçak Səfərov qardaşlarının ölümünə etiraz edib
İran–İsrail müharibəsi zamanı Azərbaycan hədəf seçilib - Milli Məclis
Siyasət 04:59
İran–İsrail müharibəsi zamanı Azərbaycan hədəf seçilib - Milli Məclis

BMT Azərbaycanla Rusiya arasında gərginlikdən xəbərdardır
Siyasət 04:30
BMT Azərbaycanla Rusiya arasında gərginlikdən xəbərdardır
Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski saxlanılıb - Video - Yenilənib
Siyasət 22:40
Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski saxlanılıb - Video - Yenilənib
Yekaterinburq məhkəməsi Əhliman Gənciyevin həbs müddətini uzadıb
Siyasət 20:13
Yekaterinburq məhkəməsi Əhliman Gənciyevin həbs müddətini uzadıb
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Siyasət 19:20
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Zelenski İlham Əliyevə başsağlığı verib
Siyasət 19:00
Zelenski İlham Əliyevə başsağlığı verib
Rusiya "imperiya təfəkküründən" əl çəkə bilmir- Deputat/Şərh
Siyasət 17:46
Rusiya "imperiya təfəkküründən" əl çəkə bilmir- Deputat/Şərh
Azərbaycan Rusiyaya Yekaterinburqda vətəndaşlarının öldürülməsi ilə bağlı etiraz notası təqdim edib
Siyasət 17:39
Azərbaycan Rusiyaya Yekaterinburqda vətəndaşlarının öldürülməsi ilə bağlı etiraz notası təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol