Qırğızıstanın paytaxtı Bişkekdə MDB Xariici İşlər Nazirləri Şurasının iclası başlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
İclasın gündəliyində MDB ölkələri arasında hüquq-mühafizə, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, habelə assosiasiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Görüşdə Azərbaycan və Ermənistan münasibətlərinin normalaşması istiqmətində də danışıqlar aparılması gözlənilir.
Azərbaycanı xarici işlər naziri Ceyhun Bayamov təmsil edir. Ermənistan tərəfdən xarici işlər naziri Ararat Mirzoyan imtina etdiyi üçün sammitdə onu müavini əvəz edir.
Bundan əvvəl Rusiya XİN-in açıqlamasında qeyd olunurdu ki, sammit çərçivəsində Rusiya Azərbaycan və Ermənistanın üçtərəfli görüşü keçirilə bilər. Lakin Ermənistanın XİN naziri görüşdən imtina etdiyi üçün bu görüş də təxriə düşüb.
MDB Xarici İşlər Nazirləri Şurasının sonuncu iclası aprel ayında Səmərqənddə keçirilib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !