Nazirlik bizimlə prinsip aparır, ona görə də veteranların 80 manatını artırmır - Deputat

12:05 | 12.06.2024
Nazirlik bizimlə prinsip aparır, ona görə də veteranların 80 manatını artırmır - Deputat

Nazirlik bizimlə prinsip aparır, ona görə də veteranların 80 manatını artırmır - Deputat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prinsip aparır və nəticədə müharibə veteranlarının 80 manatı artırılmır. Bunu deputat Vahid Əhmədov deyib. 

"Dəfələrlə eyni məsələləri qaldırıırq, amma həllini tapmır. Bu nə prinsipdir, 80 manatı qaldırmaq niyə bu qədər problem olub? Nəqsəd nədir? 182 minə yaxın müharibə veteranı var. Biz demirik 340 manat edin. Heç olmasa 20-40 manat artırmaq olar. Veteranlar da görər ki, bu artım var. Ən çox şikayətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gəlir. Mən ayda 30 şikayət alıram. Bu nazirlik ilbəil sosial pensiyaların sayını azaldır”, - deputat iyunun 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Deputat idxalın artırılmasını məsələsini də ciddi narahat doğurduğunu xatırladıb. Əhmədov həmçinin təklif edib ki, sənayə parkaları Bakı ətrafında deyil, rayonlarda açılmalıdır.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb