Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər üçün onlayn sistem yaradacaq.
Anews.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O qeyd edib ki, bu sistem vasitəsilə istənilən maraqlı şəxs özünə iş yeri tapa biləcək.
Nazirin sözlərinə görə, oxşar sistem işçi axtaran işəgötürənlər üçün də yaradılacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !