Nazirlik rəsmisi xəbərdarlıq etdi

11:18 | 06.04.2015
Nazirlik rəsmisi xəbərdarlıq etdi

Nazirlik rəsmisi xəbərdarlıq etdi

Sığorta agentləri sahibkarlıqla məşğul olmaq üçün əldə etdikləri lisenziyaları dostlarına istifadə üçün verirlər. Bu isə qanunvericilikdə nəzərdə tutulmayıb.

Oxu.Az xəbər verir ki, bu sözləri DSXN-nın şöbə rəisi Mahir Abdullayev sığorta agentlərinin 3-cü Milli Forumunda bildirdi.

Mahir Abdullayev sığorta agentlərini ehtiyatlı olmağa çağırdı:

"Sığorta agenti fəaliyyəti ilə məşğul olmaq sahibkarlıq fəaliyyətinin növlərindən biridir. Qeyd edim ki, hüquq mühafizə orqanları tərəfindən bu kimi hallar baş verdikdə sığorta agentləri cinayət məsuliyyətinə belə cəlb edilə bilərlər. Sığorta agentlərini ehtiyatlı olmağa çağırıram” - deyə, şöbə rəisi bildirdi.

Qeyd edək ki, hal-hazırda 950 nəfər sığorta agenti mövcuddur. Onların 60 nəfəri hüquqi şəxs, 896 nəfəri isə fiziki şəxslərdir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM