Nazirlik: "Süni qiymət artımının qarşısı alınacaq"

10:57 | 23.02.2015
Nazirlik:

Nazirlik: "Süni qiymət artımının qarşısı alınacaq"

İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımına qarşı monitorinqlərə başlayıb.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, artıq süni qiymət artımına qarşı mübarizə tədbirləri həyata keçirilir. Süni qiymət artımının qarşısını almaq üçün monitorinqlərə start verilib:

"İqtisadiyyat və Sənaye Nazirliyi yanında yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirilib. Süni qiymət artıranlar barəsində qanunvericiliyiyə uyğun olaraq tədbirlər görüləcək”.

Qeyd edək ki, ötən həftə manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsi ölkə bazarlarında süni qiymət artımına səbəb olub. Belə ki, bəzi sahibkarlar, istehsalçılar satdıqları məhsulların qiymətlərini süni şəkildə artırıblar. Süni qiymət artımı daha çox tütün məmulatları və ərzaq məhsullarında özünü göstərir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM