Bu barədə Oxu.Az-a nazirlikdən bildirilib.
Ümumilikdə ƏƏSMN tərəfindən 54 467 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi aşkar edilib.
Qeyd olunan vəsaitin, o cümlədən 52 713 manat həcmində əmək haqqının, 682 manat həcmində zərərə görə ödəncin, 1072 manat həcmində sosial müavinət və kompensasiyaların işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.
Ümumilikdə cari ilin yanvar-may aylarında nazirlik işəgötürənlər tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,03 dəfə çox, yəni 432 146 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib.
Bu vəsaitin 93,06%-ni (402181 manat) əmək haqları, qalan hissəsini zərərə görə ödənc, sosial müavinət və kompensasiyalar təşkil edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !