• $ 1.7
  • € 1.7774
  • ₽ 1.8994
  • ₺ 0.047
  • £ 2.1344

Lavrov qəzaya uğrayan sərnişin təyyarəsindən danışıb

Lavrov qəzaya uğrayan sərnişin təyyarəsindən danışıb
14.01.2025 17:07
Rusiya ilə Azərbaycanın istənilən məsələləri həll etmək imkanı var, o cümlədən Azərbaycan Hava Yollarına məxsus təyyarənin iştirakı ilə baş verən təyyarə qəzası kontekstində. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov rusiyalı diplomatların ötənilki fəaliyyətinin yekunlarına dair mətbuat konfransı zamanı danışıb.


"Bizim elə strukturlaşdırılmış əlaqələrimiz var ki, bizə bütün faktların öyrənilməsi əsasında istənilən məsələni operativ şəkildə həll etməyə imkan verir”, -  xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Lavrov qeyd edib ki, qəzaya uğramış təyyarənin qara qutularının şifrəsi açılmış məlumatlar faciənin səbəbləri ilə bağlı KİV-də yayılan bəzi ilkin qənaətləri təsdiq etmir. Bununla bağlı o, tamhüquqlu araşdırmanın tamamlanmasını gözləməyə və media məkanında "ab-havanı gərginləşdirməməyə” çağırıb.


Bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev də açıqlamasında bildirib ki, qəza ilə bağlı ilkin məlumatlar var, sadəcə qara qutunun oxunmasının yekunu gözlənilir. 
 
Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 29 nəfəri sağ qalıb. 
 
Sərnişin təyyarəsi Rusiya tərəfindən vurulub. Rusiya prezidenti Vlodimir Putin baş verən qəzaya görə Azərbaycan Prezidentinə zəng edərək üzr istəyib. 
 
Baş verən qəzadan sonra dekabrın 26-da Azərbaycanda matəm günü elan edilib. 
 
Həmçinin qəzada olan 2 pilot və bir bələdçi Prezidentin sərəncamı ilə Milli Qəhrəman adını alıb. Qəzada sağ qalan digər iki bələdçi isə rəşadət ordeni ilə təltif olunub. 
 
Gülnar Nazimqızı 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Elon Musk deyir ki, Almaniyanı yenidən azad etməyin vaxtıdır
Dünya 20:44
Elon Musk deyir ki, Almaniyanı yenidən azad etməyin vaxtıdır
Meksika Google-u məhkəməyə verəcək
Dünya 20:41
Meksika Google-u məhkəməyə verəcək
Makronla Tramp arasında telefon danışığı olub
Dünya 20:08
Makronla Tramp arasında telefon danışığı olub
İsrail ordusu qoşunlarını Livandan çıxarır
Dünya 19:54
İsrail ordusu qoşunlarını Livandan çıxarır
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
Dünya 19:26
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
Livan Tehran-Beyrut aviareysləri üzrə uçuşların dayandırılmasının müddətini uzadıb
Dünya 19:22
Livan Tehran-Beyrut aviareysləri üzrə uçuşların dayandırılmasının müddətini uzadıb
Zelenski Türkiyəyə səfər edəcək
Dünya 18:06
Zelenski Türkiyəyə səfər edəcək
Türkiyə Zelenskini Rusiya ilə danışıqlar masasına oturmağa çağırıb
Dünya 15:59
Türkiyə Zelenskini Rusiya ilə danışıqlar masasına oturmağa çağırıb
Bayden prezidentlik dövründə ən çox istirahət edən lider olub
Dünya 15:13
Bayden prezidentlik dövründə ən çox istirahət edən lider olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol