• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Nazirlik: Ticarət obyektlərində qeyri-qanuni yoxlama aparılır

Nazirlik: Ticarət obyektlərində qeyri-qanuni yoxlama aparılır
29.09.2015 17:24
Son zamanlar bəzi şəxslərin ticarət obyektlərindən ödənişli müqavilə bağlanmasını tələb etmələri, əks halda mağazada "qanunvericiliyin tələblərinin pozulması” barədə müvafiq dövlət qurumlarına şikayət olunacağı ilə hədələmələri barədə İqtisadiyyat və Sənaye Nazirliyinə məlumatlar daxil olur.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, araşdırmalar zamanı özlərini "Fakt Araşdırıcı-N” MMC-nin əməkdaşları kimi təqdim edən şəxslərin ticarət obyektlərinin fəaliyyətinə yoxlama adı ilə qanunsuz müdaxilə etdiyi, "yoxlamanın” nəticələri ilə bağlı tədbir görülməməsi müqabilində obyekt sahiblərindən müəyyən məbləğ ödənilməklə müqavilə bağlanmasını tələb etdikləri, əks təqdirdə müvafiq dövlət qurumlarına şikayətlə hədələdikləri müəyyən olunub.

"Bununla əlaqədar, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlara yoxlamaların qanunvericiliyin tələblərinə uyğun təyin edilməsinə xüsusi diqqət yetirmələrini, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamış yoxlamanın və yoxlama suallarında göstərilməmiş mövzular üzrə, eləcə də özlərini yoxlayıcı dövlət orqanları ilə əməkdaşlıq edən qurumun nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən istənilən yoxlamaların aparılmasına imkan verməməyi tövsiyə edir” - deyə, nazirlikdən bildirilib.

Nazirlikdən onu da vurğulayıblar ki, sahibkarlardan bu cür qanunsuz müdaxilələrlə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi dayandırılıb
İqtisadiyyat 12:13
Azərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi dayandırılıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 11:21
Qızılın qiyməti bahalaşıb
Aktiv vergi ödəyicilərinin sayı artıb
İqtisadiyyat 10:50
Aktiv vergi ödəyicilərinin sayı artıb
ABŞ hökumətinin xərcləri fevralda rekord həddə çatıb
İqtisadiyyat 10:50
ABŞ hökumətinin xərcləri fevralda rekord həddə çatıb
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmanı artırıb
İqtisadiyyat 10:24
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmanı artırıb
İki ayda Avropaya 2 milyard kubmetrə yaxın qaz ixrac edilib
İqtisadiyyat 10:08
İki ayda Avropaya 2 milyard kubmetrə yaxın qaz ixrac edilib
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:23
Azərbaycan nefti bahalaşıb
Курсы валют Центрального банка Азербайджана
İqtisadiyyat 09:20
Курсы валют Центрального банка Азербайджана
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro və rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol