Nazirlikdən həbslərlə bağlı açıqlama - Rəsmi

12:50 | 21.04.2014
Nazirlikdən həbslərlə bağlı açıqlama - Rəsmi

Nazirlikdən həbslərlə bağlı açıqlama - Rəsmi

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) şöbə rəisi rüşvət almaqda təqsirli bilinərək həbs edilib.Bakı Şəhər Hərbi Prokurorluğundan verilən məlumata görə, aprelin 20-də ehtiyatda olan I dərəcəli kapitan (polkovnik) Qasım Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, I dərəcəli kapitan (polkovnik) Qasım Quliyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə əsasən, yaş həddinə görə 23 avqust 2013-cü il tarixində Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb. Ona görə də hazırda bu şəxsin Müdafiə Nazirliyinə birbaşa bağlılığı yoxdur.

Qeyd edək ki, 56 yaşlı Qasım Quliyev uzun müddət HDQ-nin Naviqasiya və kartoqrafiya şöbəsinin rəisi vəzifəsində çalışıb /Trend/

ANNET.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM