Nazirlikdən valideynlərə xəbərdarlıq edilib

16:51 | 24.02.2023
Nazirlikdən valideynlərə xəbərdarlıq edilib

Nazirlikdən valideynlərə xəbərdarlıq edilib

Təəssüf ki, hələ də bəzi həkimlər yenidoğulmuşlarda göbək güdülünün qulluğu üçün spirt məhlullarından, müxtəlif antiseptiklərdən istifadə edirlər. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-esperti, həkim-pediatr Tərlan Əyyubov bildirib.
 
Onun sözlərinə görə, bu tip vasitələrin istifadə olunması göbəyin sağalmasını uzadır: "Bir çox statistik araşdırmalar göstərir ki, məhz brilliant yaşılı, spirt məhlulu, xlorheksidin istifadəsi zamanı göbəyin düşməsi 10-12 günədək uzanır. Ancaq bütün dünyada hazırda təbliğ edilən metod olan "quru qulluq” zamanı isə bu statistik göstərici 5-6 gündür.
 
"Quru qulluq” nədir? Bu metodda valideynə başa salınır ki, göbəyi daima quru və təmiz saxlamaq lazımdır və heç bir vasitə ora vurmamalıdır".
 
Həkim deyib ki, əgər göbək nəcis və ya sidiklə çirklənərsə, onda axar su ilə onu təmizləyib, sonra isə tam qurutmağı məsləhət görülür:
 
"Kontaminasiyanı azaltmaq, travma riskini minimum etmək üçün isə geyilən pampersin göbək hissəsinin qatlanması məsləhət olunur. Əgər valideynlər gigiyenik qaydalara əməl edirlərsə, "quru qulluq” zamanı göbək daha tez sağalacaq. Ancaq bəzən olur ki, həyat şəraitindən, uşağın yaşadığı mühitin gigiyenasindan, valideynlərin uşağa qulluğundan asılı olaraq göbəkdə ikincili infeksiyalaşma əmələ gəlir. Bu zaman isə biz antiseptiklərdən və antibakterial vasitələrdən istifadə edə bilərik".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM