Nazirliyin mətbuat katibi işdən azad olundu

11:19 | 14.05.2015
Nazirliyin mətbuat katibi işdən azad olundu

Nazirliyin mətbuat katibi işdən azad olundu

Energetika Nazirliyinin mətbuat katibi Azər Mənsimli tutduğu vəzifədən azad olunub.
 
Modern.az saytının xəbərinə görə, bu barədə A.Mənsimli özü məlumat verib.

"Öz xahişimlə bu gündən etibarən Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat katibi vəzifəsindən azad olundum. 10 ilə yaxın bacardığımı etdim, öz bilik və qabiliyyətim çərçivəsində çalışdım ki, mənə etimad göstərən nazirimin üzün ağ edim”.

A.Mənsimli bildirib ki, uzun zamandan bəri dostlarımın çoxsaylı təklifləri və təkidləri ilə barışmalı olub.
"Bəlkə də ən azı dünyanın üçdə ikisini gəzmishəm. Uzaq Yeni Zellandiyada maorilərdən tutmuş, Afrikadakı buşmenlər yaşayan kəndlərə kimi, Braziliyadan tutmuş, Yaponiyaya kimi, Skandinaviya ölkələrindən tutmuş, Çin səddinə kimi, ABŞ dan başlamış, İndoneziyaya kimi, dünyanın "eni və uzunuda" nə qədər maraqlı ölkə, məmləkət, şəhər vardısa hər birini qarış-qarış gəzdim. Bütün Avropanı, Asiyanı ölkə-ölkə dolandım. Həm Azərbaycanda, həm dünyada gözəl dostlar qazandım. Məhz bunun nəticəsidir ki, hər bir tərəfdən dəstək aldım, maraqlı təklif və ideyalarla rastlaşdım. Düşündüm ki, öz güçümü və potensialımı böyük biznesdə sınamağın vaxtı artıq çatıb. Bu yolda mənə dəstək olan bütün dostlarıma təşəkkür edirəm.
10 il bir yerdə çalışdığım səmimi insan, əsl ziyalı, gerçəkdən hər zaman mənə dəstək olan, öz insanpərvərliyi ilə nümunə olan cənab nazirim Natiq Əliyevə mənə bu izni verdiyi üçün minnətdarlıq edirəm”.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM