Hazırkı vəziyyətinə baxmayaraq, bura hələ də gələnlər var. Bu, yəqin ki, onun keçmiş prestiji ilə bağlıdır. Çünki vaxtilə bu bağın ad-sani nəinki bütün Azərbaycana, hətta keçmiş sovet respublikalarına da yayılmışdı. Amma indi, bizə sadəcə xatırlamaq və təəssüf etmək qalıb...
El arasında "Botanika", rəsmi adı isə Mərkəzi Nəbatət Bağı 1934-cü ildə yaradılıb. Dağüstü parkdan başlamış "Qurd qapısı"na qədər uzanan bu yaşıllıqlar məkanı 80-100 hektar sahəni əhatə edib.
Sözün həqiqi mənasında, bu bağın hər ağacı, hər gülü, hər çiçəyi üçün zəhmət çəkilib, alın təri tökülüb.
Təəssüf ki, indi vəziyyət çox acınacaqlıdır. ANN.Az-ın fotomüxbiri bugünlərdə Mərkəzi Nəbatət Bağında olub. Susuzluqdan qurumuş güllər, qırılıb yerə tökülmüş budaqlar, çirkli hovuz sadəcə keçmiş gözəlliklərin qalıqları idi.
Mərkəzi Nəbatət Bağının son görünüşünü oxucuların diqqətinə təqdim edirik.
Fotoların müəllifi Fərqanə Novruzovadır
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !