Neft Fondu dekabrdakı valyuta satışının məbləğini açıqlayıb

12:25 | 07.01.2024
Neft Fondu dekabrdakı valyuta satışının məbləğini açıqlayıb

Neft Fondu dekabrdakı valyuta satışının məbləğini açıqlayıb

2023-cü ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 149,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə Fonddan bildirilib.
 
Valyuta hərracında 2023-cü il üzrə 3 milyard 878.5 milyon dollar satılıb. Beləliklə, hərracların 69 faizi ARDNF tərəfindən təmin edilib.
 
Bildirilir ki, satışın 24,8 %-i Dövlət Neft Fonduna (ARDNF) məxsus olub.

AMB ötən ay da valyuta ehtiyatlarının bir hissəsini (453,9 milyon ABŞ dolları) hərraca çıxarmalı olub.
 
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin noyabrında 234,7 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
 
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.

Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM