Neft Fondu və qeyri-neft sektorunun inkişaf yolları – TƏKLİF

13:50 | 29.05.2015
Neft Fondu və qeyri-neft sektorunun inkişaf yolları – TƏKLİF

Neft Fondu və qeyri-neft sektorunun inkişaf yolları – TƏKLİF

"Günümüzün ən aktual mövzularından biri ölkədə qeyri neft sektorunun sürətli inkişafı ilə bağlıdır. Söhbət bütün səviyyələrdən olan səylərin bir araya gətirilməsi yolu ilə bu sahənin inkişafında isənilən nəticələrin əldə edilməsindən gedir. Ölkə iqtisadiyyatının neftdən asılılığı məsələlərinə dəfələrlə münasibət bildirsək də məsələnin aktuallığını və onun həlli ilə bağlı atılan addımların daha effektli olmasına yönəlmiş təkliflərin vacibliyi mövzuya yenidən qayıtmağı zəruri edir”.

ANN.Az xəbər verir ki, bunu "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov ölkədə qeyri-nft sektorunun inkişaf perspektivləri barədə danışarkən deyib. Onun sözlərinə görə, ənənəvi enerji mənbələrinin getdikcə tükənməsi neftdən asılı olmayan sahələrin sürətli inkişafını resurs ölkələri üçün taleyüklü məsələyə çevirir: "Mətbuatda mövzuya aid son çıxışlarımızda alternativ enerji mənbələrinin kəşfi və istifadəsi sahəsində son illərdə dünyada görülən işlərin intensivləşdiyindən və artıq hər kəsi heyrətləndirə biləcək naliyyətlərin əldə olunmasından bəhs etmişdik. Demişdik ki, bu sahədə işlər durmadan təkmilləşdirilir. Bunun birinci səbəbi təbi ki, ənənəvi enerji mənbələrinin getdikcə tükənməsi ilə bağlıdır. 

Hər kəsə bəllidir ki, bu ehtiyatlar getdikcə tükənir və bir neçə on ildən sonra onları əvəzləyəcək yeni enerji mənbəələri meydana çıxmalıdır. Burada digər səbəb alternativ enerji mənbələrinin daha ucuz başa gəlməsidirsə, bundan heç də az olmayan vacib tərəf isə yeni enerji mənbələrinin ekoloji cəhətdən təmiz olması və atmosferi az çirkləndirməsi və ya ümumiyyətlə, çirkləndirməməsidir. Bu dediklərimizi bircə faktla da təsdiqləyə bilərik. Norveç hökuməti artıq 920 milyard dollar vəsaitə malik Neft Fondundan neft, qaz və kömür ehtiyatlarının kəşfinə və işlənməsinə ayrılan milyardlarla vəsaitin səmərəliliyinin ekspertizasını keçirmək qərarı verib. Hökumət bundan sonra fondun vəsaitlərini bərpa olunan enerji mənbələrinin kəşfinə və işlənməsinə istiqamətləndirməyi planlaşdırır. Dünyada ekoloji tarazılığın pozulması səbəbindən Norveç hökumətinin bu addımı demək olar ki, bütün səviyyələrdə dəstəklənir.  Təbii ki, bu məsələlərin daha geniş araşdırılması bir ayrı mövzunun predmetidir”.

F.Yusifovun fikrincə mövcud vəziyyətin hətta çox da dərin olmayan təhlili belə, deməyə əsas verir ki, postneft dövrünə doğru irəlilədiyimiz bir ərəfədə neft və qazın satışndan əldə olunan vəsaitlər hesabına böyük ixrac imkanları olan güclü qeyri-neft sektoru yaradılmalıdır: "Nə qədər ki, neft və qaz əsas enerji mənbəyi hesab olunurlar, biz bundan mümkün qədər yararlanmağı bacarmalıyıq. Son 10 ildən bir qədər artıq vaxt ərzində Azərbaycanda qeyri neft sektorunun inkişafı və bu sektordan məhsul ixracının artım sürəti kifayət qədər yüksək olmuşdur. Buna baxmayaraq ixracın ümumi həcmində qeyri neft sektorunun payı bu gün 8% həddindədir. Hesab edirik ki, bu vəziyyəti daha tez aradan qaldırmağın əsas yolu kiçik və orta sahibkarlığın inkişafına ayrılan vəsaitlərin həcminə yenidən baxmaqdan və bu məqsədlə Neft Fondunun vəsaitlərinin bir hissəsini birbaşa Sahibkarlığa Komək Milli fondu vasitəsilə güzəştli kreditlər vermək yolu ilə kiçik və orta sahibkarlığın inkişafına yönəltməkdən keçir. Son on ildən artıq bir vaxt ərzində Neft Fondunun vəsaitləri hesabına reallaşdırılan iri infrastruktur layihələri  bu gün ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün tam münbit bir şərait formalaşdırıb. Bu illər ərzində   qeyri neft sektorunun inkişafı üçün Sahibkarlığa Kömək Milli fondu vasitəsilə kiçik və orta biznesə güzəştli kreditlər şəklində ayrılan vəsaitlərin həcmi 8 dəfədən çox artaraq 2014-cü ildə 295 milyon manat təşkil etmişdi. Əslində 10 il ərzində bu sahəyə ayrılan vəsaitlərin həcminin belə bir  templə artması tədqirə layiq haldır. 
Lakin nəzərə alsaq ki, ötən 2014-cü ildə qeyri neft sertoru tərəfindən məhsul buraxlışı və xidmətlərin həcmi  az qala ölkənin Ümumi Daxili Məhsulunun həcminə bərabər olmuşdur, onda bu sektor üçün güzəştli kreditlər şəklində ayrılan 295 milyon manat vəsait həcm etibarılə təbii ki, azdır. Hesab edirik ki, ilkin olaraq Neft Fondun vəsaitlərinin 5%-ə qədərini bu istiqamətə ayırmaq ölkədə qeyri neft  sektorunun inkişafına əsaslı təkan verə bilər”. 

F.Yusifov hesab edir ki, güzəştli şərtlərlə veriləcək kreditlər üzərində daha ciddi nəzarət mexanizmləri də tətbiq olunmalıdır: "Bu sahədə yeni nəsə kəşf etməyə heç bir ehtiyac yoxdur. Dünyada mövcud maliyyə institutlarının illərdir istifadə etdiyi və özünü tam doğrultmuş kreditləşmə mexanizmlərindən istifadə oluna bilər. Burada sadəcə olaraq heç bir təhrifə yol verməmək və onlardan olduğu kimi istifadə etmək lazımdır. Sahibkar ona ayrılan krediti ələ almamalıdır. Ayrılan kreditin idarə olunmasında onu ayıran aidiyyatı struktur bilavasitə iştirak etməlidir. Belə iştirak eyni zamanda kreditdən istifadənin düzgünlüyünə və səmərəliliyinə nəzarəti də təmin etmiş olacaq”. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti