Neft Fondu yanvarda valyuta satışını 3,8 dəfə azaldıb

15:34 | 03.02.2023
Neft Fondu  yanvarda valyuta satışını 3,8 dəfə azaldıb

Neft Fondu yanvarda valyuta satışını 3,8 dəfə azaldıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin yanvarında Mərkəzi Bankın valyuta hərraclarında ümumilikdə 188,5 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb. BU barədə ARDNF məlumat verib

2022-ci ilin yanvarında  ARDNF tərəfindən valyuta hərraclarında ümumilikdə 727 milyon ABŞ dolları məbləğində valyuta satılıb, beləliklə, valyuta satışının həcmi 3,8 dəfə azalıb.

Hazırda valyuta hərraclarında xarici valyuta satışının əsas mənbəyi ARDNF-dir.

2022-ci ildə ARDNF hərraclarda 4 milyard 681,8 milyon ABŞ dolları məbləğində (2021-ci illə müqayisədə 30% azalma) xarici valyuta satıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb