Neft qiymətində kəskin ucuzlaşma

09:15 | 04.07.2015
Neft qiymətində kəskin ucuzlaşma

Neft qiymətində kəskin ucuzlaşma

Dünya bazarlarında neftin qiyməti yenidən düşüb.

ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenə ucuzlaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,48% azalaraq 55,52 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 2,82% ucuzlaşaraq 60,32 dollar olub.

Qərb analitikləri hesab edir ki, neftin sürətlə ucuzlaşmasına səbəb İranın tamamilə "qara qızıl" bazarına qayıtması və Yunanıstanın defolta yaxınlaşması, o cümlədən Avrozonadan çıxma ehtimalının olmasıdır. Hadisələr birjalar üçün neqativ məcrada davam edərsə, birjaların cavabı da adekvat olacaq və bu gedişlə, yaxın perspektivdə Brent markalı neftin qiyməti 60 dollardan aşağı düşə bilər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM