2018-ci ilin yanvar-avqust aylarında gömrükdə Azərbaycandan bəyan olunmuş qaz həcminin ixracı 4 mlrd. 631 mln. 59,99 min kubmetr, neftin bəyan edilmiş həcmi 19 mln. 934,911 min ton təşkil edib.
Dövlət Gömrük Komitəsindən Oxu.Az-a bildiriblər ki, dəyər ifadəsində Azərbaycandan 877 mln. 666,17 min dollar məbləğində qaz ixrac edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar-avqust aylarında qaz ixracı miqdar ifadəsində 10,7%, dəyər ifadəsində 5,3% azalıb.
Neftə gəlincə, Azərbaycandan 10 mlrd. 493 mln. 533,73 min dollar dəyərində 19 mln. 934,911 min ton neft ixrac olunub. 2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə hesabat dövründə neft ixracı miqdar ifadəsində 50,2 %, dəyər ifadəsində 2,1 dəfə artıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !