ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban belə deyib.
O qeyd edib ki, yanvar ayı üçün heç bir enerji mənbəəsinin, bankların maliyyə resursları ilə bağlı proqnozları özünü doğrultmadı, hətta onların göstəricilərindən 10 dollar da aşağı oldu.
"Proqnoz yanvar ayı üçün 60 dollar idi. Hazırda neftin qiyməti azalmaqdadır, təxminən 48, 49 dollar ətrafında...
Xarici şirkətlər Azərbaycan höküməti kimi büdcəni 90 dollardan hesablayaraq addım ata bilməzlər. Çünki, onların neft fondu yoxdur. Həmin dövlətlər kredit götürür, krediti bağlayır, bundan sonra maliyyə işlərini sahmana salırlar.
Neft şirkətləri 5 il öncə hansısa kəşfiyyata vəsait qoyublarsa, o vəsait indi qaytarılmalıdır. Amma vəsait qayıtmaya da bilər. Kəşfiyyat belədir ki, hər 6 quyudan 1-i özünü doğrulda bilər, yəni 15 % renatbillik var, puça da gedə bilər. Bu neft sənayesinin normal iş prinsipidir”.
İxtisar prosesi davam edir...
Ekspert deyir ki, Azərbaycanda yanvar ayının 1-dən ixtisarlar başlayıb və davam edəcək: "O demək deyil ki, mətbuat bunu yazmırsa, bu fakt yoxdur. Yaxud da hansısa agentlik yazır ki, "BP şirkəti 150 nəfər xaricini ixtisar etdi”. Bu o demək deyil ki, azərbaycanlı işçi ixtisar olunmur. Söhbət ondadır ki, mətbuatın necə verməsindən asılı olmyaraq proses gedir.
Reallıqdan qaçmaq olmaz. Əgər neft sənayesində qiymət 100 dollardan 50 dollara düşürsə, işçi ixrisar olunmalıdır. Çünki, gəlir azalır. Bu, şirkətin kiminsə qarşısında nəsə deməsindən asılı deyil. Bu biznesdir, biznes isə gəlir deməkdir, humanitar təşkilat yox”.
20 min işçi ixtisar edilib
İlham Şabanın sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində 2011-2014-cü ilərdə 20 min nəfərlik ştat azalıb: "Bir çoxları deyirdi ki, Azərbaycanda sosial partlayış olacaq. Fakt odur ki, bu olmadı. Neft Şirkətinin tərkibində İnsan Resursları Departamentinin vasitəsilə imtahanlar keçirildi. Digər bir hissə Dövlət Neft Şirkətinin restruktilivizasiyası hesabına həyata keçirildi. İxtisara düşənlər şirkətə lazım olmayanlardır”.
BP işçilərinin 15%-ni ixtisar edəcək
"Neft Şirkətinin tərkibində neftçilər, qazmaçılar vardı. Hansı ki, sayı 7 mindən 3 minədək endirildi. Əgər qazma işi azalıbsa, əlavə işçinin qalmasının mənası nədir? Məsələ bursaındadır ki, heç kim də işsiz qalmır. Layihə üzrə kimsə 3-5 aylıq müqavilə bağlayır. Layihə yekunlaşdıqdan sonra təbii ki, həmin şəxs ixtisara düşür. Məsələn, "Bakı-Tiflis-Ceyhan” kəmərinin tikintisi zamanı 2003-cü ildən 2007-ci ilədək 16 min insan çalışdı. Layihə bitəndən sonra heç kəs BP-nin qarşısında özünü yandırmadı ki... Hamısı pulunu almışdı. Getdi özünə ev, torpaq aldı, ikimərtəbəli ev tikdi və s.
İşləmək istəyən gedib özünə gün ağlayır. Dövlət qurumu oşəxsi ixtisar edir ki, ona ehtiyac yoxdur. Çünki kommersiyada tələb və təklif var. Artıq məlumdur ki, BP şirkəti işçilərinin 15%-ni ixtisar edəcək. Proses başlayıb və davam edəcək. Ümumilikdə 450 nəfər işçinin ixtisarı gözlənilir ki, bundan 255 nəfəri ilin əvvəlindən ixtisar olunub”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !