Mərkəzi Neftçilər Xəstəxanası polietilen paketlərin(tibbi tullantılar, məişət tullantıları və s) satın alınmasına 22.961,62 AZN vəsait xərcləyəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb.
Tenderin qalibi isə "PROSHINE" MMC-dir.
Qalib şirkət 2020-ci il dövlət qeydiyyatına alınıb.
Nizamanamə kapitalı isəə 20 manatdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.
Qayda 2023-cü il fevralın 15-dən etibarən qüvvəyə minib və mağazalarda polietilen torbalar pulludur. Marketlərdə polietilen torbalar ölçüsündən asılı olaraq 1, 3, 5, 10 qəpiyə satılır.
Qayda 2023-cü il fevralın 15-dən etibarən qüvvəyə minib və mağazalarda polietilen torbalar pulludur. Marketlərdə polietilen torbalar ölçüsündən asılı olaraq 1, 3, 5, 10 qəpiyə satılır.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !