Neftçilərə maddi müavinətlər necə ödəniləcək? - AÇIQLAMA

12:09 | 10.12.2015
Neftçilərə maddi müavinətlər necə ödəniləcək? - AÇIQLAMA

Neftçilərə maddi müavinətlər necə ödəniləcək? - AÇIQLAMA

"Xəsarət alan neftçilər əlillik dərəcəsinə uyğun olaraq müavinət alacaqlar"

Bu barədə ANN.Az-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Dekabrın 4-də "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində 15 nəfər dünyasını dəyişib, itkin düşən 17 neftçinin axtarışları davam edir. Qəza baş verən platformada ümumilikdə 63 nəfər işçi olub. Hadisə yerinə gələn xilasedicilər 33 nəfəri təxliyyə edib.

Mirvari Qəhrəmanlı neft sahəsində işləyənlərin bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığortası olduğunu xatırladıb: "İcbari Sığorta haqqında qanuna, eyni zamanda Əmək Məcəlləsinə uyğun olaraq Nazirlər Kabineti bir neçə qərar verib. Həmin qərarlara görə, vəfat edən işçilərin ailələri 18 yaşı tamam olmamış və 23 yaşınacan ali məktəbdə təhsil alan uşaqlar varsa, eyni zamanda, əlil olan ailə üzvləri varsa, orta əmək haqqının yüz faizinə yaxın məbləğdə aylıq sığorta pulu alacaqlar". 

Komitə sədri onu da əlavə edib ki, vəfat edən neftçilərin ailələrində sonrakı beş il ərzində əlillik qrupu alan ailə üzv olarsa, kompensasiyaların verilməsi onlara da şamil ediləcək: "Əlillik dərəcəsinə uyğun olaraq xəsarət alan neftçilər müavinət alacaqlar. Müavinətin miqdarı onların aldıqları əmək haqqından asılıdır. Hər bir işçi sığortalanıb. Vəfat edən neftçilərin vərəsələrinə birdəfəlik ödənc ödənəcək". 

Mirvari Qəhrəmanlı bildirib ki, hazırda qəza nəticəsində xəstəxanalara yerləşdirilən neftçilərə bütün tibbi müayinələr sığortanın hesabına ödəniləcək: "Vəfat edən neftçilərin ailələrinə üç aylıq əmək haqqı həcmində müavinət ödəniləcək”.
 
Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti