ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Texas nefti (WTI) neftinin qiyməti sonuncu hərraclarda (Bakı vaxtı ilə saat 08:45 üçün olan məlumata görə) 1 barelə görə 47,92 dollar təşkil edib.
London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 50,90 dollara enib.
Beləliklə, "qara qızıl”ın qiyməti artıq üçüncü gündür ki, 2009-cu ilin mayında qeydə alınan tarixi minimumu yeniləməkdədir.
Bundan başqa, Texas neftinin qiyməti sonuncu dəfə 2008-ci ildə müşahidə olunan qlobal maliyyə böhranı zamanı bu səviyyədə olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !