"Neftin qiyməti yaxın beş ildə 100 dollara çatmayacaq"

13:08 | 17.02.2015

"Neftin qiyməti yaxın beş ildə 100 dollara çatmayacaq"

Yaxın 5 il ərzində neftin bir barelinin qiyməti 100 ABŞ dollarına çatmayacaq.

ANN.Az Fins.az-a istinadən xəbər verir ki, bunu Küveytin OPEC-dəki nümayəndəsi Məhəmməd əş-Şatti bildirib.

"Neft bazarında balanslaşdırılmış vəziyyət yaranacaq. 2016-cı il üzrə proqnozu isə yalnız cari ilin ikinci yarısında vermək olar", - deyə o bildirib.

Bundan başqa, Küveyt nümayəndəsi əlavə edib ki, neftin ucuzlaşmasına OPEC üzvü olmayan ölkələr səbəb olub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM