“Neftçi”nin “vuran ayağı” qayıtdı

15:47 | 12.08.2014
“Neftçi”nin “vuran ayağı” qayıtdı

“Neftçi”nin “vuran ayağı” qayıtdı

Paytaxtın "Neftçi” kluba yenidən heyətinə qaytarmaq istədiyi keçmiş hücumçusu Nikolas Kanales artıq Bakıya gəlib. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib. O, bildirib ki, hazırda istirahət edən futbolçu ilə axşam saatlarında söhbət aparılacaq. "Neftçi” hücumçu ilə 1 və ya 2 illik müqavilə imzalamaq niyyətindədir. Transfer həyata keçdikdən sonra futbolçunun adı "Partizan”la oyunun iştirak ərizəsinə salınacaq. Qeyd edək ki, 2012-2013 mövsümündə "Neftçi"nin heyətində çıxış edən Nikolas Kanales meydana çıxdığı 31 matçda 26 dəfə fərqlənib.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti