ABŞ prezidenti Donald Tramp son zamanlar yeritdiyi siyasətlə həm özünün, həm də partiyasının mövqelərini zəiflədib. Nəticədə özünün reytinq itirməsi ilə yanaşı partiyası da Senatda say çoxluğunu itirə bilər.
Modern.az ABŞ KİV-nə istinadən xəbər verir ki, Trampın rüsumlarına qarşı koalisiya yaradılması azmış kimi partiyası da bu dəfəki seçkilərdə say çoxluğunu əldə saxlayacağına şübhə ilə yanaşmağa başlayıb.
ABŞ prezidentinin yeni rüsumları artıq ölkə iqtisadiyyatına zərbələr endirməyə başlayıb. İşçilərin böyük ixtisarları ilə üzləşən nəhəng şirkətlər Trampa qarşı koalisiya yaratmağı planlaşdırıblar. Koalisiya tətbiq edilmiş rüsumların aradan qaldırılmasını planlaşdırır. Koalisiyaya daxil olan bütün qruplar prezidenti bu əməlindən əl çəkdirməyə inandırmağı hədəf seçiblər.
"Son səkkiz ayda prezident və administrasiyasını tariflərin işləməyəcəyinə inandırmaq üçün çox böyük işlər görülüb. Bizim fikrimiz ondan ibarətdir ki, hələ çox gec deyil” – "Micorosoft”, "Alphabet” və "Apple” şirkətlərinin daxil olduğu Informasiya Texnologiyaları Sənayesi .urasının icraçı direktoru Din Qarfild söyləyib.
Bu biznes koalisiyaya ölkənin nəhəng şirkətləri daxil olub. Buraya nüfuzlu şirkətlərin daxil olduğu Pərakəndə Satış Liderləri Assosiasiyası kimi bir sıra nəhəngləri aid etmək olar.
"Bu, Amerika iqtisadiyyatının demək olar ki, bütün sektorlarını əhatə edir” – bunu isə Milli Pərakəndə Satış Federasiyasının baş lobbisti Devid Frenç bildirib.
Konqresin üzvləri Trampın mühafizəçi yürüşünü yavaşlada bilməyiblər. Onlardan yalnız bir neçəsi prezidentin və partiyanın qəzəbindən ehtiyat edərək bu barədə ictimai çıxışlar etməyə cürət edib.
"Prezidentin seçilməsindən fond bazarında qaydaların azaldılması və aşağı dərəcəli vergilərin şirinliyi artıq təhlükədədir” – İBM və "Facebook” kimi nəhənglərin daxil olduğu İstehlakçı Texnologiyaları Birliyinin rəhbəri Qari Şapiro qeyd edib.
Trampın yeritdiyi siyasət həmçinin üzvü olduğu Respublikaçılar partiyasının mövqelərini də zəiflədib. Belə ki, partiya üzvləri artıq mübarizənin ciddiliyinin fərqinə varıblar.
"Mən ümid edirəm ki, duman çəkiləndə say çoxluğu hələ də bizdə olacaq” – deyə respublikaçı senator Miç Makkonel söyləyib.
Bütün bunlar Trampın reytinqlərinin aşağı düşməsindən sonra başlayıb.
"The Washington Post” və "ABC News”un son sorğuları göstərib ki, seçicilərin yalnız 38 faizi prezidentin işini dəstəkləyir. Əksəriyyət isə, yəni 60 faizTrampın fəaliyyətindən narazıdır.
Artıq bir neçə nəhəng ştatlarda respublikaçılar öz mövqelərini itirməyə başlayıblar. Bunlardən ən zəif nöqtə kimi qiymətləndirilən Texas ştatında ciddi mübarizə gedir. Partiya artıq Texasa əlavə resusrlar göndərir. Bundan əlavə İndiana ştatında isə demokratların ən zəif namizədi sayılan Co Donelli respublikaçı rəqibi iş adamı Mayk Brau üzərində müəyyən irəliləyişlər əldə edib.
"Arizona, Nevada, Tennessi, Montana, Şimali Dakota, Missuri, İndiana, Qərbi Virciniya və Florida. Onlar hər çağırışa hazırdır və hər biri döyüş bıçağına bənzəyir. Yəni hər bir yer uğrunda sanki savaş gedir” – deyə Makkonel jurnalistlərə söyləyib.
Bundan əlavə respublikaçılar artıq Ohayo, Viskonsin, Miçiqan və Pensilvaniya ştatları haqda danışmırlar. Qeyd etmək lazımdır ki, bu ştatlarda Tramp seçkilərdə qələbələr qazanmışdı.
Hazırda respublikaçılar Senatda çoxluğu itirməmək uğrunda ciddi mübarizə aparırlar. Lakin bu hədəf getdikcə onlar üçün daha da çətin və əlçatmaz görünməyə başlayır. Partiyanın strateqləri Trampa qəzəbi olan rayonları diqqətdə saxlayırlar ki, bu qəzəb respublikaçı namizədlərin ziyanına olmasın.
Bundan əlavə dəhşətli xəbərdarlıqlar kampaniyanın son səkkiz həftəsində həmçinin donorlara da ciddi xəbərdarlıq ola bilər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !